Fitnes & SPA Mərkəzi

Müasir idman avadanlıqları ilə təchiz olunmuş fitnes zallarımız ətraflı düşünülmüş interyeri ilə seçilir, gigiyena qaydalarına ciddi şəkildə riayət edilir. Mərkəzimizdə, sağlam həyat tərzinə üstünlük verənlərə, fiziki məşqlərlə məşğul olmaqla yanaşı, istirahət edib müxtəlif dünyanın aparıcı şirkətləri tərəfindən istehsal olunan idman qidaları, fito-çaylar və təzə sıxılmış şirələr təqdim olunur. Üzgüçülüklə məşğul olmaq istəyənlər üçün də hər bir şərait yaradılmışdır. Ən tələbkar zövqləri qane edəcək geniş və rahat hovuzumuz daima sərəncamınızdadır. Hovuzların suyu müntəzəm olaraq təmizlənir və dezinfeksiya edilir. Mərkəzimiz sağlamlığın qeydinə qalanlar üçün mükəmməl bir yerdir.

 

 

      Xidmətlər:

  • Fitnes zalı
  • Aerobika
  • Pilates
  • Akva-aerobika
  • Rəqslər
  • Qaydasız döyüş
  • Aikido
  • Boks
  • Hovuz
  • Jakkuzi
  • Türk, Fin, Rim hamamı
  • Hər növ masaj
  • Spa prosedurları
  • Gözəllik salonu
  • Kosmetologiya

Foto qalereya