Astoria restoranı

"Astoria" restoranı qonaqları üçün 24 saat xidmət göstərir. 115 nəfər üçün nəzərdə tutulmuş səhər yeməyi zalı hər kəsin zövqünə oxşayacaq. Peşakar aşbazlarımızın sizə təqdim etdikləri 20 çeşid soyuq, 10 çeşid isti qəlyanaltırarın ləziz dadı damağınızda qalacaq. Həmçinin, "Astoria" restoranında sizə dəyərli olan özəl günlərinizi qeyd edə bilərsiniz. Milli və Avropa mətbəxlərinin dadlı yeməkləri, yüksək səviyyəli xidmət sizin özəl gününüzü daha da gözəlləşdirəcək. Canlı musiqi, şou proqram və zal bəzədilməsi sizin zövqünüzə uyğun olacaq. Keyfiyyət və rahatlıq ünvanı "Astoria" restoranı, hər zaman xidmətinizdədir.