"ASTORİA BAKI" OTELİ

Qədim Şərq və Avropa memarlıq üslubunu özündə birləşdirən “Astoria Bakı” oteli 2000-ci ildən başlayaraq Bakı sakinlərinin və şəhərimizin qonaqlarının xidmətindədir. Öz qeyri-adi memarlıq üslubu ilə fərqlənən “Astoria Bakı” oteli sizləri hər zaman qarşılamağa hazırdır. Yüksək keyfiyyətli xidmət və əla mətbəx, qonaqpərvərlik və istirahətin müxtəlifliyi bu oteldə vəhid bir yerə cəmlənib. Ancaq bizim otelin, onu Bakı şəhərinin başqa otellərdən fərqləndirən bir özünəməxsusluğu da var, bu da, unikal idman-sağlamlıq və SPA mərkəzidir. Bu mərkəzdə, sağlam və gözəl olmaq üçün hər cür şəraid yaradılıb: fitnes zalı, akva-zona, SPA prosedurları, gözəllik salonu, kosmetologiya, müxtəlif növ masaj. Otelin kompleksi, müasir fitnes və SPA mərkəzində, Siz fin saunasında istirahət, cakuzidə isə tam rahatlaya bilərsiniz və yaxud hovuzda vaxt keçirə bilərsiniz. Müasir trenajor zalı Sizin xidmətinizdədir, Siz orada öz fiziki formanızı saxlaya bilərsiniz. “Astoria Bakı” oteli müasir stildə qurulmuş, WTO-nun (World Trade Organization) dördulduzlu otel üçün qoyduğu tələblərə uyğun olan 100 nömrədən ibarətdir. Otaqlarda çoxkanallı TV, telefon, mərkəzləşdirilmiş isitmə və soyutma sistemi ilə təmizliyi və rahatlığı bir yerdə tapacaqsınız. Otelimizdə standart və deluxe tipli otaqlardan əlavə müasir interyeri və rahatlığı ilə seçilən 17 kottec də vardır. Zərif üslubda tikilən kotteclərimiz rahatlığa və sakitliyə üstünlük verən müştərilərimiz üçün nəzərdə tutulub. Onların tələbkar zövqlərini və şəxsi üstünlüklərini təmin etmək üçün istifadələrinə əsaslı surətdə tikilmiş kotteclər verilib. Ən əsası odur ki, “Astoria Bakı” oteli müştərilərinə keyfiyyətli xidmət göstərir və onların arzu etdikləri şəraiti təmin edir. Otel geniş bir ərazidə yerləşərək 4 korpusu, idman və sağlamlıq kompleksini, açıq və qapalı üzgüçülük hovuzunu, bir neçə restoranı özündə birləşdirir. "Astoria Bakı" oteli İngilis və Rus dillərini bilən tərcüməçi-bələdçilər vasitəsilə öz qonaqlarına Azərbaycanın tarixi və mədəniyyəti barədə tanışlıq proqramını təşkil edir. Birbaşa oteldən Siz Azərbaycanın əsrarəngiz termal hovuzlarına, mineral bulaqlarına və şəlalərlə zəngin olan yerlərə gedə bilərsiniz. Aktiv istirahəti sevənlər üçün mütləq ov, balıq ovu, atla gəzinti, yaxud qafqaz dağlarının təkrarolunmaz gözəlliyinə baş vurmaq təklif olunacaq və təbii ki, günün yekunu olaraq, hər bir qonaqımız xüsusi şərablar zirzəmisində olan əla növ şərabların dada bilərlər. Yerləşdiyimiz ünvan: "Astoria Bakı" oteli Heydər Əliyev adına olan hava limanından 30 km. məsafədə yerləşib, şəhərin mərkəzinə isə 7 dəqiqəyə çata bilərsiniz. Orijinal adı ilə seçilən "Astoria Bakı" oteli öz qonaqlarına gündəlik həyatdan ayrılıb paytaxtımızın cənnət guşəsində istirahət etməyi təklif edir. "Astoria Bakı" oteli hər zaman yolunuzu gözləyir.